28 Aprel 2021 11:35
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2015-ci ildən bəri paytaxtda sərnişindaşıma ilə məşğul olan 968 avtobus yenilənib".

Teleqraf.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin 9BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, təkcə 2020-ci ildə 119 yeni avtobus alınıb.

"Yenilənmiş avtobusların 724-nü ölkədə Agentlik keçirdiyi tenderlərlə, 244-nü isə özəl daşıyıcılar gətirib. Bu il və gələn il paytaxta daha 320 avtobus gətiriləcək və sərnişindaşımaya cəlb olunacaq. Hazırda Bakıda gündəlik 630 min sərnişin daşınır", - deyə o, əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər