29 Aprel 2021 11:47
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zəngilanda inşa olunacaq hava limanının 68 min kvadratmetr ərazisi minalardan təmizlənib".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəisi Bəhruz Namazov deyib.

Onun sözlərinə görə, ümumilikdə Zəngilanda 3 milyon 530 min kvadratmetr ərazi təmizlənib: “Hazırda minatəmizləmə əməliyyatları davam edir”.


Müəllif: Teleqraf.com