Dünyada 1 milyard 770 milyon dozadan çox COVID-19 peyvəndi vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə COVID-19 vaksin statistikasının yerləşdirildiyi Ourworldindata.org saytında məlumat yayılıb.
Çin 566 milyon 720 min doz vaksin vurduraraq siyahıda birinci yerdə qərarlaşıb. ABŞ-da 289 milyon 210 min, Hindistanda 202 milyon 700 min, Braziliyada 64 milyon 570 min, İngiltərədə 62 milyon, Almaniyada 47 milyon 360 min, Fransada 33 milyon 680 min, İtaliyada 32 milyon 370 min, Türkiyədə 28 milyon 476 min, Rusiyada 27 milyon 610 min, Meksikada 26 milyon 950 min, İndoneziyada 25 milyon 780 min, İspaniyada 25 milyon 280 min, Kanadada 21 milyon 940 min, Azərbaycanda 2 milyon 107 min doz vaksin istifadə olunub.
Qeyd edək ki, ölkəmizdə Çin istehsalı olan Sinovak və Rusiyanın istehsal etdiyi Sputnik V vaksinindən istifadə olunur.