9 İyun 2021 10:21
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur fotojurnalist Reza Deqati işğaldan azad edilən Kəlbəcər rayonunda səfərdə olan zaman mina təhlükəsi ilə üzləşib.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Susuzluq kəndinə gedən yolda baş verib.

R.Deqati ikisi jurnalist olmaqla Azərbaycanın üç mülki vətəndaşının minaya düşərək şəhid olduğu əraziyə gedib. Onu hərbçilər, o cümlədən minaaxtaranlar müşayiət edib. Yollar dağılmış-uçulmuş vəziyyətdə və təhlükəli olduğuna görə heyət hadisə yerinə piyada hərəkət etməli olub. Bu zaman yolda - R.Deqatinin tam yaxınlığında mina aşkarlanıb. Minaaxtaranların təlimatı ilə fotojurnalist hərəkəti dayandırıb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Mina jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun minaya düşərək şəhid olduqları ərazinin tam yaxınlığında aşkarlanıb.

Qeyd edək ki, iyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər