3 Noyabr 2014 13:56
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin seminar-müşavirəsi işə başlayıb.

Teleqraf.com xəbər verir ki, seminar–müşavirənin keçirilməsində əsas məqsəd humanitar siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyətləri orqanlarının birgə fəaliyyətinin hazırkı vəziyyətinin müzakirə edilməsi, qarşıda duran yeni vəzifələrin müəyyənləşdirilməsidir.

Nazirlik və Komitələr kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın sədri Hicran Hüseynova müşavirə iştirakçılarının qarşısında ailə, qadın və uşaq dövlət siyasətinin həyata keçirilməsi haqqında ətraflı məlumat verib.

Komitə sədri bu sahədə əldə edilən nailiyyətlərlə yanaşı, narahatedici məqamlara da toxunub. O bildirib ki, erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi uşaq hüquqlarının ciddi pozulması hallarıdır.

Bu problemlərin qarşısının alınması sahəsində yerli İcra hakimiyyəti orqanlarının, xüsusilə, yerli İcra hakimiyyətlərinin yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların işinin daha da gücləndirilməsi önəmlidir.

Eləcə də “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı bəzi problemlər müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Müşavirə iştirakçılarına Komitə tərəfindən hazırlanan çap materialları və ailə, qadın və uşaq problemlərini özündə əks etdirən filmlər təqdim olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər