4 Noyabr 2014 11:32
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ilə yaxındır ki, təmirə bağlanan, lakin təmir işləri bitsə də istifadəyə verilməyən Bakı Metropoliteninin “28 may” stansiyasına yağış sularının damması barədə məlumatlar yayılıb.

Məlumata görə, paytaxtdakı aramsız yağışların vurduğu ziyan “28 may” metrosunda da yan keçməyib. Belə ki, metronun yeni təmir olunan çıxış hissəsindən yağış suları metronun içinə dammağa başlayıb. Bununla bağlı fotolar da paylaşılıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Teleqraf.com-a açıqlamasında bu xəbərləri təkzib edib. O, belə deyib: “28 may” stansiyasında elə bir şey olmayıb. Bu, yanlış məlumatdır. İstəsəniz, sərnişin kimi də, gedib müşahidə edə bilərsiniz. Nə tunelə, nə də ki, platformaya su damır”.
O, həmin şəkllərin kimin, harda, nə vaxt çəkdiyini bilmədiyini qeyd edib.

Xatırladaq ki, “28 may” stansiyasının modernləşdirilməsinə 11 iyun, 2012-ci ildə eskalatorların yenidən qurulmasından başlanılıb. 2013-cü ilin yanvarında yeni bina tikintisi ilə bağlı giriş-çıxış bağlanılıb. Çıxış 2013-cü il, sentyabrın 16-da açılıb.

N.Paşayev sözügedən stansiyanın əsas girişinin nə vaxt açılacağının dəqiq tarixinin bilinmədiyini sözlərinə əlavə edib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər