30 İyun 2021 10:33
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti görkəmli elm xadimi Lütvi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texnikihumanitar liseyə Lütvi Zadənin adı verilib.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər