Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 336 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 380 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 961 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10428, ötən müddət ərzində isə ümumilikdə 3 778 410 test aparılıb.