Azərbaycan vətəndaşları Rusiyaya getmək üçün sentyabrın 1-dən “COVID-siz səyahət edirəm” adlı xüsusi tətbiq vasitəsilə PCR testini təsdiq etdirə biləcəklər.
Teleqraf.com xəbər verir ki, Rusiya baş naziri Mixail Mişustin tərəfindən təqdim edilmiş həmin tətbiq test üçün laboratoriya seçməyə, QR kodu əldə etməyə imkan verir.
Qeyd edək ki, bu tətbiqdən digər MDB ölkələrinin də vətəndaşları yararlana biləcək.