14 İyul 2021 13:09
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər” təsdiqlənəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanın baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edilməsi tapşırığı verilib.

Şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyəti təsdiq ediləcək metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər