Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Alov qüllələri” kompleksində yanğın-taktiki təlim keçirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd şəxsi heyətin hündürmərtəbəli binalarda baş verə biləcək yanğınlarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsidir.
Təlimə DYMX-nin müvafiq canlı qüvvə və texnikası cəlb olunub.
***
İyulun 17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən “Alov qüllələri” kompleksində yanğın-taktiki təlim keçirib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin çoxmərtəbəli binalarında baş verə biləcək yanğınlarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Şərti 2 saylı çağırışla keçirilən təlim zamanı FHN DYMX-nin Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvə və vasitələri tərəfindən yuxarı mərtəbələrdə “köməksiz vəziyyətdə qalan insanların xüsusi vasitələrdən istifadə edilməklə xilas olunması”, 23-cü mərtəbədə baş vermiş şərti yanğının söndürülməsi prosesi həyata keçirilib.
Sonda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə təlim prosesində əməkdaşların “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, peşə hazırlığının daha da təkmilləşdırılməsi üçün müvafiq tapşırıqlar verilib.