28 İyul 2021 21:35
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək bu il həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 2.900-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib.

Teleqraf.com-un məlumatına görə, bunu Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Probasiya Xidmətinin rəisi, baş probasiya məmuru Akşin Ziyadov bildirib.

Onun sözlərinə görə, cəza müddəti bitən və digər qanuni əsaslara görə 1.070 məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 4.000-dək məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir.

Bundan əlavə, məhkəmə qərarları ilə ictimai işlər növündə cəza və inzibati tənbeh kimi tətbiq edilmiş 380 nəfərə yaxın şəxs probasiya qeydiyyatına alınıb. Bu növ cəza və inzibati tənbehin icrası ilə bağlı həmin şəxslər şəhər və rayon ərazilərinin, küçə, park və meydanların, yolların abadlaşdırılması və təmizlənməsi, məişət tullantılarının daşınması, təmir və tikinti, habelə kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə bağlı işlərə cəlb olunmaqla 76 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər