Məlumat verildiyi kimi, “Uşaq hüquqları aylığı” çərçivəsində ölkənin şəhər və rayonlarında uşaq hüquqlarının qorunması və təbliği istiqamətində maarifləndirmə tədbirləri, dəyirmi masalar, treninq-seminarlar, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində müsabiqələr keçirilir.
Teleqraf.com-un məlumatına görə, növbəti belə tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı və Şəki Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəkidə keçirilib.
“Uşaq hüquqlarının qorunması” mövzusunda təşkil edilmiş seminarda insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqları barədə ətraflı məlumat verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Naibə