24 Avqust 2021 17:49
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 23-də ölkə üzrə 415 ictimai iaşə obyektində 703 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal ‎rayonu‎, A. Rəhimov küç., ev 245 ünvanında yerləşən, fiziki şəxs Şərifov Emilə məxsus restoran;

2. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan-Binəqədi şosesində‎ yerləşən, fiziki şəxs Allahverdiyev Elçin Mürvət oğluna məxsus çay evi;

3. Bakı şəhəri, Sabunçu ‎rayonu, Ruhulla Axundov küçəsi 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus kafe;

4. Bakı şəhəri, Yasamal ‎rayonu‎, Naxçıvani küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Turabov Musa Nadir oğluna məxsus kafe;

5. Bakı şəhəri, Xətai ‎rayonu, Xocalı pr. 63 ünvanında yerləşən, fiziki şəxs Rəhimli Ramil Bilal oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov küçəsi 86B ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Anar Əlövsət oğluna məxsus “Secrett” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər