1 Sentyabr 2021 11:41
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook və digər bənzəri sosial media səhifə istifadəçiləri sizi də aşağıdakı kimi hər hansı “post”a işarələyiblərsə (tag) ehtiyatlı olun və göstərilən keçidə əsla keçib məlumatlarınızı daxil etməyin”.

Teleqraf.com xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin sosial şəbəkə istifadəçilərinə etdiyi xəbərdarlıqda deyilir.

“Bu sizin hesab və səhifənizin oğurlanması üçün “phishing” hücumudur. Belə hallarla üzləşdiyinizdə həmin səhifəni şikayət edin, posta onun saxta olması ilə bağlı şərh yazın və eləcə də öz adınızı postdan “untag” (işarələməni silmək) edin”, - deyə məlumatda qeyd edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər