Dövlət Bayrağı Günü münasibəti ilə qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, tədbir üç rəngli bayrağın səhnəyə gətirilməsi ilə başlayıb.
Tədbiri açan müəssisə rəisi, ədliyyə polkovnik-leytenantı Fariz Abdullayev ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq, tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. O, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Milli bayraq haqqında qərar qəbul etdiyini vurğulayaraq bildirib ki, prezident cənb İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığının və dəyər verdiyininin əyani sübutudur.
Tədbir iştirakçılarına dövlət rəmzi olan bayraq haqqında tarixi məlumatlar verilib, “Dövlət Bayrağı Meydanı”nın açılışına həsr olunmuş video çarx nümayiş ertdirilib. Məhkum qadınların ifasında milli rəqs nümunələrinin ifası, şeir kompozisiyaları alqışlarla qarşılanıb.