Azərbaycanda son sutkada koronavirusa 3 310 yeni yoluxma qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.
Bu günədək ümumilikdə 442 872 nəfərin koronavirusa yoluxması müəyyən olunub, onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 53 348 nəfərdir.
Son gündə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 614, ötən müddət ərzində isə ümumilikdə 4 551 520 test aparılıb.