14 Sentyabr 2021 11:05
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanları sevməyi təlqin etdim? Nədən yalnız özünü fikirləşən bir eqoist kimi böyütmədim? Bəlkə onda bu fəlakət də baş verməzdi..."düşüncəsinin verdiyi çəkilmız əzab...

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev bir neçə ay bundan əvvəl vəfat edən qızı Humay Quliyeva haqqında sosial şəbəkədə yazıb.

"Hər bir halda Humayla qürur duyuram. Yaradana mənə belə bir övladın valideyni olmaq xoşbəxtliyini bəxş etdiyi üçün daim minnətdaram”, - deyə qeyd edib.

Xatırladaq ki, Vilayət Quliyevin qızı Humay Quliyeva bu ilin mart ayının 14-də dünyasını dəyişib.

H. Quliyeva Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri olub. O, bir sıra nüfuzlu təşkilatlarda işləyib, bp, Dünya Bankı, "Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər