17 Sentyabr 10:18
319

Valideyn övladını məktəbəqədər təhsil üçün qeydiyyatdan keçirərkən onun müəllimi haqqında məlumatı məktəbin saytına daxil olmaqla ala bilər.

Bunu Teleqraf.com-a açıqlamasında Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib:

"Paralel olaraq bəzi məktəblər sosial şəbəkə səhifələrində müəllimlər haqqında daha geniş məlumat paylaşırlar. Nəzərə alaq ki, ölkə üzrə 150 000 müəllimin fəaliyyəti haqqında məlumatı qeyd edə bilmərik. Buna görə valideynlərə seçdikləri məktəblərin sosial media hesablarından müəllimlər haqqında məlumat toplamağı tövsiyə edirik".


Müəllif: Aysel Azad