20 Sentyabr 17:09
208

"Yeni Klinika" koronavirusa yoluxan tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumunu açıqlayıb.

Xəstəxanadan Teleqraf.com-a verilən məlumata görə, jurnalistin ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb.

"Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil", - klinikadan bildirilib.


Müəllif: Teleqraf.com