29 Sentyabr 2021 19:29
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin yay aylarında Bakı metrosunda gündəlik orta hesabla 399 160 sərnişin daşınıb. Halbuki, koronavirus (COVID-19) pandemiyasından əvvəl, 2019-cu ilin iyun-avqust aylarında bu rəqəm 562 892 nəfər olub”.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Sentyabrın 6-dan isə bu rəqəmdə artıb-azalmalar müşahidə edilməyə başladı. Sentyabrın 22-də ibtidai siniflərdə dərslər başladıqdan sonra isə gündəlik orta sərnişindaşıma 430 min nəfərə çatdı. Metronun həftəsonları fəaliyyətinin bərpasından sonra monitorinqlərimizi davam etdirəcəyik. Ümid edirəm ki, bundan sonra sərnişin sayı daha da artacaq”, - deyə o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər