“Landau School” özəl məktəbi həyətində valideynlə mühafizə xidməti arasında yaşanan insidentlə bağlı açıqlama verib.
Məktəbdən Teleqraf.com-a verilən məlumata görə, valideyn mühafizə əməkdaşından üzr istəyib.
"Hadisə yerinə polis əməkdaşları cəlb edildi. Qısa zamanda hadisə ilə bağlı məktəbin səhifəsində ətraflı açıqlama yayacağıq", - deyə bildirilib.
Qeyd edək ki, insidentin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Yayılan görüntülərdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görünür.
Hadisə “Landau School”un Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən filialında baş verib.