13 Oktyabr 2021 20:00
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 11-də Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsi tərəfindən Gəncə terroru zamanı həyatlarını itirmiş Anar Əliyev və onun həyat yoldaşı Nurçin Əliyevanın məzarları ziyarət olunub, məzarları önünə tər güllər düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Bu barədə Teleqraf.com-a "Davam" Gənclər Hərəkatından məlumat verilib.

Məlumata görə, sonra Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları mülki şəhidlərimizin ailələrinə baş çəkib, onlara dəstək olublar. Hər iki valideynini itirmiş 9 yaşlı Hüseyn Əliyevə müəssisə tərəfindən məktəbli çantası və lazım olan bir sıra ləvazimatlar hədiyyə olunub.

Qeyd edilib ki, mülki şəhidlərimizin ailəsi Gənclər və İdman Nazirliyi tərəfindən nəzarətə götürülüb.


Müəllif: Səxavət