19 Oktyabr 2021 16:41
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunun "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə Teleqraf.com-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Rövşən Abdulov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com