1 Noyabr 2021 15:22
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rövşən Əkbərovun rütbəsinin alınması ilə bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Qanunvericiliyin tələblərinə görə, bu mütləq deyildir. Qanunvericiliyin tələblərinə görə, zəruri olan hallarda əgər prokuror bunu məqsədəuyğun hesab edirsə, məhkəmə qarşsıında vəsasətlə çıxış edir və məhkəmə də müvafiq qurumlara müraciət olunması üçün qərar qəbul edir. Amma bu işdə məsələ məqəsdəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb", - Baş prokuror vurğulayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər