5 Noyabr 2021 23:37
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

TÜRKPA Katibliyində 8 noyabr – Zəfər Günü münasibətilə iclas keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda Baş katib Mehmet Süreyya Er çıxış edərək bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

O, Vətən müharibəsi şəhidlərinə rəhmət, qazilərə şəfa diləyib, eləcə də zəfər yürüşündə qazanılmış uğurların əhəmiyyətini qeyd edib.

Çıxışlarda qeyd olunub ki, 30 ilə yaxın müddətdə Azərbaycana qarşı irəli sürülən əsassız ərazi iddiaları və həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində ölkənin ərazi bütövlüyü pozulub. Şanlı Azərbaycan Ordusu 44 günlük mübarizədə göstərdiyi misilsiz şücaət və əzmkarlıqla işğalda olan torpaqları azad edib və əldə edilmiş bu böyük zəfər müasir dövrün tarixinə bənzərsiz hadisə kimi yazılıb.

Eyni zamanda türkdilli dövlətlərin tarixən Vətən uğrunda apardığı mübarizədən hər zaman qalib çıxdığı xüsusi vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər