9 Noyabr 2021 22:23
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə təxminən 7 ildir davam edən vətəndaş müharibəsi nəticəsində 7,3 milyon insanın sığınacağa ehtiyacı var.

Teleqaf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı açıqlayıb.

Bəyanatda deyilir ki, 7,3 milyon yəmənlinin sığınacaq və qeyri-ərzaq yardımına ehtiyacı var. Bunun 75 faizi qadın və uşaqlardır.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər