15 Noyabr 2014 13:59
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda “dəyirmi masa” keçirilir.

AzərTAc xəbər verir ki, Mərkəzin icraçı direktoru Azad Məmmədov tədbirdə ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində əsrlərdir toplanmış təcrübənin, əldə edilən nailiyyətlərin müzakirə olunacağını söyləyib.


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, Beynəlxalq Tolerantlıq Günü dünya miqyasında qeyd edilir. Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanın da bu günü qeyd etməyə tam haqqı var.

Kamal Abdullayev Azərbaycanda bütün dünyaya örnək olacaq multikultural mühitin yaradıldığını, təhlükəsizlik prinsiplərinin həyata keçirildiyini, bunların arasında ən önəmlilərindən birinin də multikultural təhlükəsizlik olduğunu diqqətə çatdırıb. Dövlət müşaviri qeyd edib ki, Azərbaycanda dini, milli müstəvidə həll edilə bilməyəcək heç bir məsələ yoxdur. Azərbaycan dünyada öz sözü, potensialı və inkişaf hədəfləri olan bir dövlətdir. Bildirilib ki, Azərbaycanda müxtəlif etnik azlıqların, dinlərin nümayəndələrinin sərbəst yaşamaları üçün hər cür şərait yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, tolerantlıq Azərbaycanda həyat tərzidir. Azərbaycanda bu sahədə çoxəsrlik zəngin təcrübə formalaşıb. Bu, ölkəmizdə təkcə dini dözümlülük deyil, dinlərarası münasibətlərin qarşılıqlı əlaqəsi kontekstində bir sistemə çevrilib. Azərbaycanın mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfələr bütün dünyaya məlumdur. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizin bu sahədə də qazandığı uğurları dünyaya çatdırır.


Müəllif:

Oxşar xəbərlər