21 Noyabr 2021 10:57
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 20-də Vəkillər Kollegiyasının bir qrup vəkili Vəkillər Kollegiyasının və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində olublar.

Bu barədə Teleqraf.com-a Vəkillər Kollegiyasından bildirilib.

Vəkillər cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınlarla görüşüb, onlara ödənişsiz hüquqi yardım göstərilib.

Görüş zamanı məhkum qadınları maraqlandıran suallar cavablandırılıb, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilib, bir sıra yazılı və şifahi məsləhətlər verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər