25 Noyabr 2021 15:06
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həftəlik xidmət vaxtı 40 saatdan çox ola bilməz.

Teleqraf.com-un məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək məqsədilə hərbi hissənin (bölmənin) günün nizam qaydaları ilə müəyyən edilir.

Həmçinin qanun layihəsində hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər