Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova Salyan rayonunda dəfn edilib.
Dəfn mərasimində F.Məmmədovanın yaxınları, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
O, Salyan şəhər qəbrisitanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, F.Məmmədova bu gün 85 yaşında dünyasını dəyişib./Report/