Azərbaycanda “Qarabağa gəlmə ermənilərin dialekti” adlı kitab çapdan çıxıb.
Teleqraf.com xəbər verir ki, tədqiqatçı Şahin Qocayevin müəllifi olduğu kitabda erməni dilçiləri tərəfindən yazılmış tədqiqatlara nəzər salınır.
4 fəsildən ibarət kitabda müəllif Qarabağa gəlmə ermənilərin dialektinin saxtalaşdırılmış tarixi ilə yanaşı linqivistik faktorlarını da təhlil edir.
Kitabda oxucuların qarşısında Qafqaz Albaniyasından tutmuş hazırkı dövrə qədər – erməni dilçilərin bu istiqamətdə apardıqları xüsusi düşünülmüş, sanki bir mərkəzdən idarə olunan strategiyası canlanır.
Xatırladaq ki, kitab bu istiqamətdə yazılan ilk tədqiqat işidir.