28 Dekabr 2021 20:27
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük əməkdaşları külli miqdarda qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısını alıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köşkdə toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil edilməklə realizə olunması barədə məlumat daxil olub.

Yaradılmış əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər