Kirayədə qalan şəxslərin ünvanlı və ya sosial yardımlar alması üçün hər hansı məhdudiyyət yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu "2021-ci ilin yekunlarına dair" keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O bildirib ki, kirayədə qalan şəxs kirayə müqaviləsi bağlayıbsa, xərclər onun ünvanlı dövlət sosial yardımına daxil edilir.