8 Yanvar 2022 13:08
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda Zəfər Muzeyinin tikintisi ilə əlaqədar 11 mərtəbəli bina söküləcək.

Xətai Rayon İcra Hakimiyyətindən Teleqraf.com-a bildirilib ki, bina Cavanşir körpüsünün yaxınlığında, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşir.

Qeyd edilib ki, bina dövlət sifarişi əsasında söküləcək. Bina sakinləri ilə danışıqlar aparılıb və xəbərdarlıq edilib. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.

Hazırda binadan sakinlərin köçürülməsi prosesi həyata keçirilir. Köçürülmə bitdikdən sonra bina söküləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər