20 Yanvar 2022 00:26
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara və Tarix İnstitutunda baş verən bir sıra xoşagəlməz hallara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, akademik AMEA Rəyasət Heyətinin iclasında bildirib ki, Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir.

"Müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm. Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – AMEA prezidenti qeyd edib.


Müəllif: Teleqraf.com