23 Yanvar 18:04
208

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə 22 586 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 122, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 422 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 813 840, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 729 272, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 870 444 təşkil edir.


Müəllif: Teleqraf.com