Gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2021-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsinin rəisinin 1-ci müavini Güloğlan Muradlı deyib.
O qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar sərnişinlərin gediş-gəlişinə tətbiq olunan məhdudiyyətlər səbəbindən son 2 ildə faktların sayında ciddi azalma müşahidə olunur.