20 Noyabr 2014 14:46
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Dövlət Universitetində (SDU) ilk tələbələrarası “SDU I Qladiator Debatları Kolizeyi” debat layihəsinə başlanılıb. Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, “Qladiator Debatları” üzrə təlimə 60-dək tələbə cəlb edilib. Təlimlər “Ritorika Universal Klub”da keçirilir.

Təlimdə tələbələrə debat nəzəriyyəsi, onun praktik həyatda tətbiqi sahələri, gənclərin şəxsi inkişafında debatda qazanılan bacarıqların əhəmiyyəti, eləcə də debat mədəniyyətinin qayda və prinsipləri barədə məlumat verilib.

Təlimlər bitdikdən sonra dekabr ayında SDU-da ilk dəfə olaraq tələbələrarası debat təşkil ediləcək.

NİGAR


Müəllif: