31 Yanvar 2022 17:51
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan əlillik məsələləri üzrə əyani qəbul yalnız onlayn qaydada və ya “Whatsapp” ilə qeydiyyat əsasında aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Sabah, fevralın 1-dən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyin qiymətləndirilməsi məsələləri üzrə vətəndaşların əyani qəbulu yalnız onlayn qaydada və ya “Whatsapp” ilə qeydiyyat əsasında aparılacaq.

Məqsəd COVİD-19 virusunun yayılmasının qarşısının alınması və əlilliyi olan şəxslərin bu infeksiyadan qorunması, habelə vətəndaşların Agentlikdə qəbul üçün daha rahat müraciət imkanlarına malik olmaları, qurumda əyani qəbul prosesinin operativ və sistemli təşkili, vətəndaş məmnunluğunun artırılmasıdır.

Agentlikdə əyani şəkildə qəbul edilmək istəyən vətəndaşlar www.dtsera.az linkinə daxil olaraq və ya (+994) 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarını göndərərək növbəyə yazıla bilərlər. Onlara göndəriləcək cavab mətnində qəbul ediləcəkləri vaxt bildiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər