1 Fevral 2022 12:51
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə yeni cərimə müəyyənləşir.

Teleqraf.com-un məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər