20 Noyabr 2014 18:58
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand İsveç parlamentinin üzvü, Moderat Partiyasından millət vəkili seçilmiş Marqareta Siderfelt ilə görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, İsveç Riksdaqının binasında baş tutan görüşdə Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə çıxarılmasına dair müzakirələr aparılıb. N.Hollenbrand Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycan şəhəri Xocalıda törətdiyi soyqırım haqqında ətraflı məlumat verib. İsveçli deputatı ermənilərin bir gecədə bütöv bir şəhəri yer üzündən silməsi, dinc əhaliyə divan tutması, 613 nəfərin işgəncələrlə qətlə yetirməsi, 487 nəfərin yaralanması, 1275 nəfərin əsir götürülməsi, 150 nəfərin itkin düşməsi barədə məlumatlandırıb.

Görüşdə Marqareta Siderfeltin diqqətinə o da çatdırılıb ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları hələ də öz cəzasını almayıb. Halbuki Xocalı faicəsi XX əsrdə baş vermiş genosid və etnik təmizləmə hadisələrinin ən dəhşətlisidir. Azərbaycan diaspor rəhbəri N.Hollenbrand bütün bunları nəzərə alaraq, soyqırımın İsveç parlamentinin gündəliyinə salınması və müzakirəyə çıxarılması ilə bağlı M.Siderfeltə müraciət edib.

İsveç parlamentinin üzvü Azərbaycan diaspor rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son vəziyyət, bu günlərdə Azərbaycanın hava məkanında manevr edən Ermənistan Silahlı Qüvvələrinə aid helikopterin vurulmasına dair fikir mübadiləsi aparıb.

“Azərbaycan naminə” Cəmiyyətinin sədri N.Hollenbrand Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə çıxarılması məqsədilə parlament və hakimiyyət orqanlarının nümayəndələri ilə görüş və müzakirələri davam etdirəcəyini deyib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər