9 Fevral 2022 17:11
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaşım Bayramov Azər Muxtar oğlu 1992-ci ildə hərbi xidmətə çağırıldı, 1993-cü ilin 14 avqustunda Füzuli rayonundakı Qızılqaya yüksəkliyində itkin düşdü. Ondan sonra axtarışlara başladıq. Amma bu günədək qardaşımdan dəqiq məlumat ala bilməmişik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşmüş qardaşı haqqında danışan Bəybala Bayramov deyib.

Onun sözlərinə görə, ailə hələ də qardaşının ölümü ilə barışa bilmir: “Dövlət qurumlarına müraciət etdik, əsgərlərlə görüşdük. Biri dedi, Şuşada həbsxanada görmüşük, bir dedi öldürülüb. Onların komandasında 12-13 nəfər olublar, komandirsiz könüllü şəkildə döyüşə yollanıblar. Əsgər yoldaşlarından biri deyirdi k, hamısı şəhid oldu, amma bu barədə rəsmi xəbər ala bilmədik”.

Bəybala Bayramov bildirib ki, bütün aidiyyəti qurumlara müraciət ünvanlayıblar, axtarış üçün ən müxtəlif üsullara əl atıblar: “Hətta mən Rusiyaya getdim ki, pulla erməni tutub, göndərim, amma ermənilər razılaşmadılar. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinə müraciət etdik, yenə bir nəticə hasil olmadı.

Bizdə anam və qardaşımdan DNT analizləri də alıblar ki, kimsəsiz nəşlər gəldikdə, yoxlaya bilsinlər. Bu acıları ailəlikcə yaşamışıq... Yaşasaydı, 49 yaşı olardı... Kimsə rəhmət deyəndə də qəbul edirik. Vəziyyətlə barışmışıq. Bəlkə də sağ qalıb, sonradan öldürülüb”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər