"Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “Sosial Medianın İdarə Edilməsi” adlı layihənin icrasına başlayıb.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 fevral 2022-ci il tarixindən 30 aprel 2022-ci il tarixinədək Bakı şəhərinin Yasamal rayonunda icra olunacaq.
"Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas məqsədi əllilliyi olan gənclərin cəmiyyətə inteqrasiya etmələri və özlərini müstəqil fərd kimi sübut etmələridir. Layihənin icrası zamanı gənclərə sosial şəbəkələrdən səmərəli istifadə etməyin, sosial şəbəkə üzərindən öz bizneslərini qurmağın yolları öyrədiləcək. Gənclərə 12 təlim keçiləcək. 2 ayın tamamında hər hansı tanınmış bir şirkətə ekskursiya edərək Sosial Media haqqında biliklərini daha da təkmilləşdirəcəklər. Bu müddət ərzində kontentin hazırlanma qaydası göstəriləcək, fikirlərini yazı ilə ifadə edərək müxtəlif mövzulara uyğun paylaşımlar edərək hədəf kütləsini cəlb etməyin yolları öyrədiləcək. Təlimlərdə müxtəlif internet resurslarından istifadə olunacaq, müzakirələr aparılacaq, insanlara fayda verməyin yolları və internet üzərindən biznes quraraq faydalanmağın yolları öyrədilcək.
Təlimlərdə Youtube, Instagram, Facebook, Linkedin, Tiktok və s.sosial şəbəkələr üzərindən öz biznesini qurmağın, öz brendlərini yaratmağın yolları da öyrədiləcək. Bu da əlilliyi olan gənclərdə özlərinə olan inamın, sevginin daha da artmasına, özlərini yararlı hiss etmələrinə səbəb olacaq.
Layihənin gedişində təşkilatın “Sosial dəstək” adlı saytı yaradılacaq və iştirakçılara saytı idarə etməyin yolları da öyrədiləcək.
Layihənin sonunda əlilliyi olan 10 gənc Sosial Media sahəsində yeni biliklər öyrənərək əlavə bacarıqlar əldə edəcəklər. Bu da onların gələcək həyatında, işə qəbulunda və özünü inkişaf etdirməsində, sosial media üzərindən öz biznesini quraraq faydalanmasına böyük dəstək olacaq.
Birliyin “Sosial dəstək” saytının yaradılması əlilliyi olan şəxslərin mariflənməsinə, onların bacarıqlarının təşviq edilməsinə, məlumatlılığın artmasına səbəb olacaq.