4 Mart 2022 11:52
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda indiyə qədər ağıllı sayğaclar olmayıb".

Teleqraf.com xəbər verir ki, bunu "Açıq qapı" aksiyasında Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev deyib.

Qurum rəsmisinin sözlərinə görə, SOCAR xüsusi proqram üzərində işləyir: "Bu proqrama əsasən, abonentlər sayğaclarının şəklini çəkib "Azəriqaz" İstehsalat Birliyinin mərkəzinə göndərəcək. Mərkəz sərfiyyatı, borcun hamısını abonentə göstərə biləcək".

O bildirib ki, bu prqoram vasitəsilə onlayn ödənişlər olacaq: "Yəni sayğacların üzərində şəffaf qutular olacaq, bununla nə qurumun işçiləri, nə də abonentlərin sayğaca müdaxiləsi olacaq. Bundan sonra ağıllı sayğacdan söhbət gedəcək. Bu sayğaclarda uzaqdan sərfiyyatın dayandırılması işi də həyata keçiriləcək".

Eldəniz Vəliyev onu da qeyd edib ki, bu cihazların quraşdırılması üçün abonentlərdən heç bir ödəniş tələb olunmayacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər