16 Mart 2022 13:30
306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər