Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Teleqraf.com-un məlumatına görə, aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, fəal gənclər iştirak ediblər.
Aksiyada dekorativ ağaclarla yanaşı, meyvə ağaclarının da əkilməsi sakinlər tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, aksiya çərçivəsində 750 ağac əkilib.
Naibə QURBANOVA