10 May 2022 10:48
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda bu gün müəyyən mənada etirazlar var. Müxalifət hökumətə etiraz edir, hökumətin dəyişdirilməsinə can atır.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavinin sözlərinə görə, bu, Ermənistanın daxili işidir.

"Görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib. Bu proses davam edir. O ki, qaldı işçi qruplarının fəaliyyətinə, kommunikasiyaların açılması ilə əlaqədar işçi qrupların fəaliyyəti Baş nazirlərin müavini səviyyəsində davam etdirilir. Sülh prosesi üçün siyasi iradə, xoş məram, sülh prosesinə sadiqlik tələb olunur. Azərbaycan sülh gündəliyini ortaya qoyub və bu məsələdə israrlıdır. Azərbaycan hesab edir ki, müharibə başa çatıb, münaqişə bitib, ərazi bütövlüyünü bərpa edib. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır”, - Xələf Xələfov vurğulayıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər