28 May 2022 14:05
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Türk Akademiyası I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Şuşa şəhərinin 270 illiyi və Xurşudbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunan konfrans təşkil edib.

Teleqraf.com xəbər verir ki, Konfransda Beynəlxalq Türk Akademiyasının qazax dilində nəşr etdiyi “QARABAĞ: Azərbaycanın incisi – tarixi, mədəniyyəti, təbiəti” kitab-albomunun təqdimatı baş tutub.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Dr. Füzuli Məcidli tədbirin məqsədi və kitab-albom barədə məlumat verib. 44 günlük Vətən müharibəsi zamanı çapdan çıxan kitabın ensiklopedik nəşr olduğunu və ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı fundamental nəşr ortaya qoyulduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstuitutunun direktoru, akademik Muxtar İmanov,
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Qazaxıstandan şair Gülnaz Fayzulla, AMEA Ədəbiyyat institundan tanınmış alimlər və digər qonaqlar Xurşudbanu Natəvan irsi barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda iştirakçılar Türk Akademiyasının nəşrlərinin sərgiləndiyi stendlə tanış olublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər