28 May 2022 16:27
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Akıncı” zərbə pilotsuz uçuş aparatı (PUA) İstanbuldan Bakıya dayanmadan uçub.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

“Beləliklə, rekorda imza atılıb. Əlbəttə, fərqli hadisələr də olacaq. İnşallah, onları da görəcəyik”.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində “Akıncı” zərbə PUA-sı da nümayiş etdirilir.


Müəllif: Teleqraf.com